İyl
2022
14:39
114
301
8242
Virtual karabakh

Bakıda memarlıq abidəsi ilə bağlı biabırçılıq aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO

2 İyl, 2022
14:39
8242

Bakıda memarlıq abidəsi ilə bağlı biabırçılıq aradan qaldırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı alınıb.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, həmin tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilib. Qanunsuz müdaxilə ötən gün baş verib. Bu gün qurumun müdaxiləsi ilə taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.

12:09

Bakının Yasamal rayonu İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi memarlıq abidəsi üzərində qanunsuz olaraq tikilən mərtəbə sökülür. 

Oxu.Az prosesin görüntülərini təqdim edir: 

11:25

Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsi, 12 ünvanında 1880-ci ildə inşa edilən tarixi memarlıq abidəsi olan binanın sahibi tərəfindən dam örtüyündə mansard inşa edildiyi müəyyən olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq tədbirlər görülüb və sahibkara xəbərdarlıq edilib:

“Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu izah olunub. Kommunal Təsərrüfat Birliyinin nümayəndələri sahibkarı tarixi bina üzərində inşa edilən mansardı sökməyə məcbur ediblər. Hazırda ərazidə söküntü işləri aparılır. Məsələ Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ciddi nəzarətdə saxlanılır”.

09:55

Bakı şəhərində memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir.

Bu barədə tanınmış memar, professor Elçin Əliyev paylaşım edib.

O bildirib ki, əsrlər boyu Bakı sakinləri şəhərin bənzərsiz memarlığını, gözəl küçələrini və bu gün bizim hamımızın fəxr etdiyi binaları yaradıblar:

“Dünyanın hər yerindən müxtəlif millətlərdən olan on minlərlə insan, Avropanın hər yerindən yüzlərlə memar Azərbaycan memarları ilə birlikdə, təəssüf ki, bu gün bizim qoruya bilmədiyimiz şəhərin bənzərsiz gözəlliyini bizə miras qoyublar.

Bakını sevən vətəndaşların iradəsi iddialı bisavadların yolverilməz hərəkətləri nəticəsində əzilir və iflic olur, onlar üçün əsas mənfəətdir və onun naminə müqəddəs olan hər şeyin üstündən keçməyə hazırdırlar. Bu cinayətlər tarixi irsin qorunmasına nəzarət etmək üçün yüksək vəzifələrə təyin edilən korrupsioner məmurların köməyi ilə həyata keçirilir, onlar öz vəzifələrindən əsasən çoxsaylı ömürlük müavinətlər qazanmaq üçün istifadə edirlər.

Bu gün İslam Səfərli küçəsi, 12 ünvanında gəzərkən gördüm ki, 1880-ci ildə tikilmiş və Azərbaycan dövləti tərəfindən qorunan memarlıq abidəsi üzərində üçüncü mərtəbə tikilir”.

“Avropa klassisizm memarlığının sərtliyi ilə seçilən ikimərtəbəli yaşayış binası primitiv üçüncü mərtəbənin tamamlanması ilə eybəcərləşəcək. Əlaqə saxladığım inşaatçıların sözlərinə görə, bütün lazımi icazələr alınıb. Axı bu necə ola bilər?! Cənab mədəniyyət naziri, nə baş verdiyini izah edin! Əgər cəmiyyət və ölkə başçısı memarlıq abidəsinin təhlükəsizliyinə nəzarət etməyi sizə həvalə edibsə, hansı əsasla tarixi binanın üstünün tikilməsinə icazə vermisiniz?!” - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri