İyl
2022
19:48
20
303
6221
Virtual karabakh

Villada saxlamaq üçün canlı “oyuncaq”, yoxsa dəyəri 2000-5000 manat olan ayı alveri? - VİDEO

2 İyl, 2022
19:48
6221

Villada saxlamaq üçün canlı “oyuncaq”, yoxsa dəyəri 2000-5000 manat olan ayı alveri? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda qonur ayılar məhv edilir”.

Bunu Oxu.Az-a açıqlamasında GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov bildirib.

Onun sözlərinə görə, qonur ayı Beynəlxalq Qırımızı Kitaba daxil edilib:

“Eyni zamanda, onlar Azərbaycanda “Qırmızı kitab”a salınıb. Təəssüf ki, qonur ayıya qarşı brakonyerlik baş alıb gedir. Bizim birlik tərəfindən 2019-cu ildən bu günə kimi 15 qonur ayı xilas edilib. Onlardan biri xəstə olduğu üçün ölüb. Qonur ayılarından üçünü Mingəçevirdə zavodların birinin həyətindən xilas etdik. Həmin ayılar 17-18 il 1,5 kvadratmetrlik yerdə yaşayıblar”.

O bildirib ki, brakonyerlər hər il çox sayda dişi ayıları öldürürlər:

“Erkək ayılar fevral ayının sonunda, dişi ayılar isə martın əvvəlində qış yuxusundan ayılırlar və yuvadan çıxırlar. Dişi ayılar balaları ilə yuvadan çıxır ki, bu zaman onlara qarşı qətliam başlayır. Ana ayıları öldürür, əti isə restoranlara satırlar. Çünki ana ayıları öldürməsələr, balalarını götürə bilməzlər.

Brakonyerlər əldə etdiyi balaları 2000-5000 manata satırlar. Villaları olan şəxslər həmin bala ayıları alırlar. Bir neçə ay qəfəsdə saxlayaraq oynadırlar. Bezəndə də güllələyirlər. Məndə olan məlumata görə, 2022-ci ilin yaz aylarından 20-yə yaxın müxtəlif ayı balaları vəhşi təbiətdən brakonyerlik yolu ilə götürülüb. Görün bizə məlum olmayanı nə qədərdir?! Zaqatala, Şəki, Balakən və Qaxda ayılara qarşı brakonyerlik baş alıb gedir. Bununla bağlı faktlarımız var”.

F.Mansurov iddia edib ki, təbiətdən ayı balalarının qopardılmasında Mərdəkan qəsəbəsində yaşayan Əfqan Qasımlı adlı şəxs də iştirak edir:

“Hazırda Azərbaycanın vəhşi təbiəti talanır. Tələb edirik ki, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirlikləri bu şəxsdən o ayı balasını müsadirə etsinlər və haradan əldə etdiyi araşdırılsın. Qonur ayı mühafizə olunursa, necə onu ovlayırlar? Onlar ayı balasını vəhşi təbiətdən götürdükdən sonra birbaşa yenidən ora qaytara bilməzlər. Onlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən reabilitasiya keçdikdən sonra vəhşi təbiətə qaytarıla bilər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri