İyl
2022
11:12
115
13
1838
Virtual karabakh

Şabranda polis əməliyyat keçirdi: İki qardaş saxlanıldı

4 İyl, 2022
11:12
1838

Şabranda polis əməliyyat keçirdi: İki qardaş saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olan rayon sakini Tərlan Əzimovu saxlayıblar. Onun üzərindən psixotrop maddə olan metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, T.Əzimov narkotik vasitələri qardaşı Qəşəm Əzimovdan götürüb. Q.Əzimovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə ümumi çəkisi 30 qramdan çox olan heroin, külli miqdarda psixotrop maddə olan metamfetamin, marixuana və bir ədəd elektron tərəzi  aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Tərlan Əzimov barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib, Q.Əzimovun barəsində isə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri