İyl
2022
23:25
26
275
8478
Virtual karabakh

Baş Prokurorluqdan binada qırılan liftlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

4 İyl, 2022
23:25
8478

Baş Prokurorluqdan binada qırılan liftlə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Bakıda yaşayış binasında lift qırılması ilə bağlı məlumat yayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

23:02

Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri