İyl
2022
12:12
12
171
1506
Virtual karabakh

İdarə rəisi: “Narkotik satanlar bu işə qadınları cəlb edirlər”

6 İyl, 2022
12:12
1506

İdarə rəisi: “Narkotik satanlar bu işə qadınları cəlb edirlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan daha çoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov “Yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatı”ın təqdimatında bildirib. 

Onun sözlərinə görə, narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələlərdəndir:

“Nazirlik tərəfindən aparılan tədbirlər nəticəsində son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı aşkarlanıb, 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb”.

İdarə rəisi əlavə edib ki, narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirirlər:

“Əsasən gəncləri və qadınları cəlb edirlər. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri