İyl
2022
12:59
18
90
1364
Virtual karabakh

İsmayıllıda ağac aşması nəticəsində bağlanan magistral yol açıldı - YENİLƏNİB

6 İyl, 2022
12:59
1364

İsmayıllıda ağac aşması nəticəsində bağlanan magistral yol açıldı - YENİLƏNİB

İsmayıllı rayonunda iri gövdəli ağacın aşması nəticəsində bağlanan Muğanlı-İsmayıllı yolunda yaranan problem aradan qaldırılıb.

APA-nın xəbərinə görə, ağac yoldan götürülüb.

Yolda hərəkət bərpa olunub.

12:18

İsmayıllı rayonunda irigövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

APA-nın xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün ağacın kəsilməsi işləri görülür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri