İyl
2022
16:35
41
316
12702
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusa yoluxmada CİDDİ ARTIM - FOTO

6 İyl, 2022
16:35
12702

Azərbaycanda son sutkada koronavirusa yoluxmada CİDDİ ARTIM - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, hazırda 287 aktiv xəstə var. Bu günə qədər 9 718 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 755, bu günə qədər isə ümumilikdə 6 977 685 test icra olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən yaydığı statistikaya əsasən, son sutkada 49 yeni yoluxma faktı qeydə alınmış, 12 nəfər müalicə olunaraq sağalmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri