İyl
2022
18:15
12
275
2903
Virtual karabakh

Şabranda iki avtomobil toqquşub: Ölənlərin sayı üçə çatdı - YENİLƏNİB

6 İyl, 2022
18:15
2903

Şabranda iki avtomobil toqquşub: Ölənlərin sayı üçə çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

“Report”un Şimal bürosunun məlumatına görə, ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin şəxsiyyəti məlum olub.

Bunlar, 1957-ci il təvəllüdlü Səlimov Nazim Məhəmməd oğlu, 1961-ci il təvəllüdlü Səlimova Zülfət Seyfulla qızı və 1986-cı il təvəllüdlü Aydın Əlif oğlu Məmmədovdur.

Faktla bağlı araşdırmalara başlanılıb.

17:48

Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Şabran rayonu Gəndob kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri