İyl
2022
13:13
164
42
1530
Virtual karabakh

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

8 İyl, 2022
13:13
1530

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”.

“Report”un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib:

“Çünki bəzən məişət zorakılığına adi yanaşılır. Bəziləri hesab edirlər ki, əgər qadın zorakılığa məruz qalırsa, bu barədə cinayət işi açmamaq olar. Bu halların aradan qaldırılması istiqamətində qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri