8 
İyl
2022
17:12
33
131
3179
yuxarı
MİDA-dan güzəştli mənzil almaq üçün kömək təklif edənlərə XƏBƏRDARLIQ - VİDEO
8 İyl, 2022
17:12
3179
33
131
MİDA-dan güzəştli mənzil almaq üçün kömək təklif edənlərə XƏBƏRDARLIQ - VİDEO
Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin alınması üçün sosial şəbəkələrdə kömək təklif edən, bu barədə elan verən şəxslər barədə açıqlama verib.
Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, MİDA belə halları aşkar edəndə, hüquq-mühafizə orqanlarına müraciət edir.
“Vətəndaşlara da müraciət edirik ki, bu cür elanlar gördükdə hüquq-mühafizə orqanlarına müraciət etsinlər”, - deyə o əlavə edib.
Aqşin Kərimov
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək