İyl
2022
17:34
58
573
6909
Virtual karabakh

Yeni məktəbli formaları indikilərdən baha olacaq - AÇIQLAMA

9 İyl, 2022
17:34
6909

Yeni məktəbli formaları indikilərdən baha olacaq - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni tədris ilinə iki aydan çox vaxt qalıb. Xeyli vaxt qalmasına baxmayaraq, yeni məktəbli formaları ilə bağlı anonslar insanlarda maraq doğurur. Əksəriyyət yeni formaların keyfiyyət və qiymətilə maraqlanır.

Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov Modern.az-a açıqlamasında bildirib ki, hələ ki yeni məktəbli formalarının tikilişi üçün parça ölkəmizə gətirilməyib:

“Ona görə hələ qiyməti də deyə bilmirik. Xərcimiz bilinəndə qiyməti müəyyənləşdirə biləcəyik. Parçalar sifariş edilib, iyulun 25-nə kimi Azərbaycanda olmalıdır. Biz nümunə üçün istehsala başlamışıq. Amma parçalar gəldikdən sonra avqustdan intensiv tikilişlərə davam edəcəyik”.

E.Əzimov qiymətlərin artacağını istisna etməyib:

“Builki parçalar daha keyfiyyətli olacaq. Geyimlər pambıqdan və yundan ibarətdir. Bu da təbii əvvəlki məktəbli formaları ilə müqayisədə qiymətin artmasına təsir edə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri