11 
İyl
2022
17:11
52
515
11904
Virtual karabakh

Azərbaycanda biznesmenin oğlu doğum günündə faciəvi şəkildə öldü - YENİLƏNİB + FOTO

11 İyl, 2022
17:11
11904

Azərbaycanda biznesmenin oğlu doğum günündə faciəvi şəkildə öldü - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi detalları bəlli olub. 

Belə ki, “Qafqazinfo”nun məlumatına görə, Qaravəlli yaşayış məntəqəsində “Merсedes” markalı avtomobili ağaca çırpılaraq həlak olan gəncin atası Rövşən Əsədov Neftçalada tanınmış iş adamlarından biridir. Bu gün isə Sərxan Əsədlinin doğum günü imiş.

09:01

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri