11 
İyl
2022
19:40
111
32
1084
Virtual karabakh

Tallində xalqlarımız arasında dostluğun rəmzi olan parkda yenidənqurma işləri aparılıb - FOTO

11 İyl, 2022
19:40
1084

Tallində xalqlarımız arasında dostluğun rəmzi olan parkda yenidənqurma işləri aparılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyanın paytaxtı Tallinn şəhərinin Kriştiyne rayonunda ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin və dostluğun rəmzi olaraq salınmış parkın əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Mərasimdə Tallinn şəhərinin vitse-meri Andrey Novikov, Kristiyne rayonunun icra başçısı Jaanus Riibe, Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Bildirilib ki, parkda yenidənqurma və abadlıq işlərinin aparılması üçün Tallinn şəhər büdcəsindən 190.635 avro ayrılıb. Cari ilin aprel ayından başlanan işləri “Talinna Teede AS” şirkəti həyata keçirib. Parkda yeni fəvvarə, işiqlandırma sistemi quraşdırılıb, landşaft dizaynı yenilənib və yeni skamyalar qoyulub.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının və Estoniya Respublikasının 100 illiyi münasibətilə, iki xalq arasında tarixi əlaqələrin, Bakı şəhərinin Suraxanı və Tallinn şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın təntənəli açılış mərasimi 11 oktyabr 2018-ci ildə baş tutub. Parkın girişində qurulmuş lövhədə görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkli, Azərbaycan Respublikası və Bakı haqqında məlumat Azərbaycan, eston və ingilis dillərində yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri