12 
İyl
2022
13:06
51
231
3632
Virtual karabakh

Ondan çox sürücüyə 600 manatlıq cərimə yazıldı - SƏBƏB

12 İyl, 2022
13:06
3632

Ondan çox sürücüyə 600 manatlıq cərimə yazıldı - SƏBƏB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yükdaşıma fəaliyyəti ilə məşğul olan 12 sürücü cərimələnib.

Bu barədə Baş Dövlət Yol Polis (DYP) İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən gün Baş DYP İdarəsinin stasionar postlarında 12 belə hal aşkar olunaraq sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 600 manat cərimə ediliblər.

“Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər”, - məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri