14 
İyl
2022
15:36
42
241
2532
Virtual karabakh

Küçə heyvanlarını yemləyən şəxs cərimələnib? - AÇIQLAMA

14 İyl, 2022
15:36
2532

Küçə heyvanlarını yemləyən şəxs cərimələnib? - AÇIQLAMA

KİV-də və sosial şəbəkələrdə Sumqayıt şəhər sakini olan qadının küçə heyvanlarını yemlədiyi üçün barəsində protokol tərtib olunması ilə bağlı yayılan iddialar barədə polis açıqlama verib.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, Sumqayıt şəhər sakini 75 yaşlı Solmaz Hacıyeva çoxmənzilli binanın qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törətdiyinə görə polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.

Bundan başqa S.Hacıyeva qonşuların etirazına baxmayaraq, həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə qonşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) protokol tərtib olunub və sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri