15 
İyl
2022
13:56
249
31
1391
Virtual karabakh

Qazi baş leytenant: “Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib”

15 İyl, 2022
13:56
1391

Qazi baş leytenant: “Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz Vətən müharibəsində həm özümüzün, həm xalqımızın, həm də dövlətimizin gücünün və qüdrətinin şahidi olduq. Məhz bu güc və qüdrətin sayəsində bu gün başıuca gəzirik”.

Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Həsən Allahverdiyev deyib.

O vurğulayıb ki, Vətən müharibəsindəki qələbəyə məhz xalqın birliyi, ordumuzun gücü və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində nail olunub.

Şiddətli döyüşlərin davam etdiyi müharibə günlərini xatırlayan H.Allahverdiyevin sözlərinə görə, Azərbaycan Ordusu hər zaman xalqın dəstəyini hiss edib və bu dəstək şəxsi heyətə yalnız və yalnız güc verib. O bildirir ki, məhz bu gücün sayəsində ordumuz irəliyə gedə və qələbələr qazana bilib.

Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açan Həsən Allahverdiyev özü də bu diqqət və qayğıdan kənarda qalmadığını bildirib. O deyir ki, müharibədə ağır yaralansa da, sonradan müalicə olunaraq reabilitasiya keçib.

Baş leytenant rütbəsi ilə tərxis olunan qazi H.Allahverdiyev müharibədən sonra dövlət tərəfindən həm evlə, həm də işlə təmin olunduğunu vurğulayıb.

O bildirir ki, bu gün də öz üzərində hər zaman dövlətin diqqət və qayğısını hiss edir.

Qeyd edək ki, Allahverdiyev Həsən Sultan oğlu 1991-ci il avqustun 3-də Bakı şəhərində anadan olub. O, 2008-ci ildə orta məktəbi bitirdikdən sonra 2009-cu ildə Türkiyə Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə oradan məzun olub. H.Allahverdiyev 2015-ci ilədək Türkiyədə müxtəlif hərbi kurslarda iştirak edib.

O, 2019-cu ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edib. 2020-2021-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin N saylı həmlə taborunda xidmət edib.

H.Allahverdiyev Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. 2020-ci ilin noyabrın 2-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanıb.

Hazırda Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada hərbi rəhbər və müəllim vəzifəsində çalışır.

Üçüncü qrup müharibə əlili olan H.Allahverdiyev evlidir, bir övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri