16 
İyl
2022
15:41
25
306
1416
Virtual karabakh

Bərdədə avtobuslarda nə kondisioner var, nə də açılan pəncərə - VİDEO

16 İyl, 2022
15:41
1416

Bərdədə avtobuslarda nə kondisioner var, nə də açılan pəncərə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda şəhərdaxili və kəndlərarası fəaliyyət göstərən əksər avtobuslarda kondisioner yoxdur. İsti yay günlərində yaşanan problem yerli sakinləri narahat edir.

Sakinlər bildiriblər ki, kondisioner olmayan avtobuslarda çox az sayda açıla bilən pəncərə var ki, onu da açmaq əksər hallarda mümkün olmur. Qızmar yay günlərində bu cür avtobuslarda yol getmək olduqca çətindir.

Sürücülərin bəziləri kondisionerin yoxluğunu avtobusların köhnə olması ilə əlaqələndirirlər.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən bildirilib ki, kondisioner problemi yalnız şəhərdaxili və bəzi kəndlərə hərəkət edən mikroavtobuslarda və ortatutumlu avtobuslarda mövcuddur. Avtobusların məxsus olduğu sahibkarlarla danışıqlar aparılıb. Bərdə şəhərində daxili sərnişindaşıma üçün müasir avtobusların alınaraq xəttə buraxılması barədə danışıqlar gedir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri