16 
İyl
2022
14:04
23
162
1596
Virtual karabakh

QMİ: “Həcc ziyarətinə gedən zəvvarlarımızdan bəzilərinin səhhətində narahatlıq var”

16 İyl, 2022
14:04
1596

QMİ: “Həcc ziyarətinə gedən zəvvarlarımızdan bəzilərinin səhhətində narahatlıq var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycandan həcc ziyarətinə gedən zəvvarların bəzilərinin səhhətində narahatlıq var”.

Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. 

Onun sözlərinə görə, bəzi zəvvarlarda soyuqdəymə var:

“Bu da təbiidir”.

QMİ rəsmisi qeyd edib ki, zəvvarların bir qrupu iyulun 19-da Bakıya dönəcək, digər qrup isə iyulun 20-də ölkəyə qayıdacaq.

Xatırladaq ki, builki həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər.

Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin həcc ziyarətinə icazə verilmir.

Həcc ziyarətini Azərbaycanda QMİ təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan həcc ziyarətinə gedən olmayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri