16 
İyl
2022
17:36
11
402
4158
Virtual karabakh

Salyanda qardaş qardaşı qətlə yetirdi

16 İyl, 2022
17:36
4158

Salyanda qardaş qardaşı qətlə yetirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda qardaşını öldürən şəxs istintaqa cəlb edilib.

Bu barədə Salyan Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 15-i saat gecə saat 3 radələrində Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri