18 
İyl
2022
12:40
398
26
7084
Virtual karabakh

Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir

18 İyl, 2022
12:40
7084

Gömrük Komitəsində yoxlama - Yeni həbslər gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Generalların həbsi və sədr Səfər Mehdiyevin işdən uzaqlaşdırılmasına baxmayaraq, Dövlət Gömrük Komitəsində yoxlamalar davam etdirilir.

Bakupost.az xəbər verir ki, sözügedən audit yoxlaması Dövlət Gömrük Komitəsində aparılan ilk əməliyyatdan sonra başlayıb.

Məlumata görə, indiyə qədər aparılan yoxlamalar nəticəsində komitədə ciddi qanun pozuntuları aşkarlanıb. Yoxlama bitdikdən sonra Baş Prokurorluqda müvafiq cinayət işinin açılacağı gözlənilir. Bu cinayət işi çərçivəsində yeni həbslərin olacağı da bildirilir.

Hesablama Palatasından DGK-da audit yoxlaması aparıldığını təsdiqləyiblər:

“İyunun 7-də Hesablama Palatasında Kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı hüquq-mühafizə orqanlarının müraciəti əsasında auditə başlanılması qərara alınıb. Hazırda araşdırmalar davam edir. Nəticələr tam bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri