20 
İyl
2022
15:24
21
161
5697
Virtual karabakh

2022-ci ilin ən yaxşı pasportları açıqlanıb: Azərbaycanın siyahıdakı yeri - FOTO

20 İyl, 2022
15:24
5697

2022-ci ilin ən yaxşı pasportları açıqlanıb: Azərbaycanın siyahıdakı yeri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022-ci ilin iyul ayında səyahət edənlər üçün ən yaxşı pasportların siyahısında Asiyanın üç ölkəsi liderlik edir. Bu öz vətəndaşlarına 193 istiqamətə vizasız və ya tələb üzrə vizasız səyahət təklif edən Yaponiya, həmçinin Sinqapur və Cənubi Koreyadır (192 istiqamət).

Londonun “Henley & Partners” konsaltinq şirkəti tərəfindən dərc edilən yeni rüblük hesabatdan belə məlum olur.

Bundan sonra siyahını Almaniya, İspaniya (190 istiqamət), Finlandiya, İtaliya, Lüksemburq (189 istiqamət), Avstriya, Danimarka, Niderland, İsveç (188 istiqamət), Fransa, İrlandiya, Portuqaliya, Böyük Britaniya (187 istiqamət), Belçika, Yeni Zelandiya, Norveç, İsveçrə, ABŞ (186 istiqamət), Avstraliya, Kanada, Çexiya, Yunanıstan, Malta (185 istiqamət), Macarıstan (183 istiqamət), Litva, Polşa, Slovakiya (182 istiqamət).

Qeyd edək ki, Azərbaycan 78-ci yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız səyahət edə bilərlər.

2022-ci ilin iyul ayında səyahət üçün ən pis pasportların siyahısı isə belədir: Şimali Koreya (40 istiqamət), Nepal, Fələstin ərazisi (38 istiqamət), Somali (35 istiqamət), Yəmən (34 istiqamət), Pakistan (32 istiqamət), Suriya (30 istiqamət), İraq ( 29 istiqamət), Əfqanıstan (27 istiqamət).

Mənbə: CNN

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri