21 
İyl
2022
12:01
15
164
4240
Virtual karabakh

Bəzi rayonlarda qaz olmayacaq

21 İyl, 2022
12:01
4240

Bəzi rayonlarda qaz olmayacaq

Bu gün Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətin yaranma ehtimalı mümkündür.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə, bu gün saat 11:00-dan etibarən təmir işləri başa çatanadək “Oğuz” Qazpaylayıcı Stansiyadan (QPS) qidalanan “Turan qəsəbəsi” ölçü qovşağından və “Yaqublu” QPS-dən qidalanan “Oğuz (Yaqublu)” ölçü qovşağından qaz təchizatı dayandırılıb.

Təmir müddətində Oğuz rayonun tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri