22 
İyl
2022
18:56
161
18
1007
Virtual karabakh

Abidələrin bədii-estetik görünüşünü pozanlara XƏBƏRDARLIQ - FOTO

22 İyl, 2022
18:56
1007

Abidələrin bədii-estetik görünüşünü pozanlara XƏBƏRDARLIQ - FOTO

İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur.

İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir.

Oxu.Az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətə müraciətində qeyd edib.

Bu gün mətbuat nümayəndələri təşkil edilən media-tur zamanı ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkanlardakı dünya, ölkə və yerli əhəmiyyətli memarlıq və tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələri ilə tanış oldular.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur. Əsirlərin sınağından keçmiş mədəni irsimizin bu günə qədər qorunub saxlanılması dövlətin siyasəti, cəmiyyətin mədəni irsimizə münasibəti və hər bir fərdin məsuliyyəti sayəsində baş verib.

Lakin təəssüflə qeyd etməliyik ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aparılan monitorinq zamanı bəzən xoşagəlməz hallar müəyyən edilir. Qeyd olunan tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir. Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhfəsini verir.

Məlumat üçün bildiririk ki, tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və  Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə, eyni zamanda Cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır. Lakin zərər vuraraq cəza almaqdan fərqli olaraq mədəni irsimizə hörmətlə yanaşıb onu qorumaq hər bir vətəndaşın məsuliyyəti və borcudur.

Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən asılıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!

Onu da qeyd edək ki, DİN Mətbuat Xidmətindən də bildirilib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar. Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri