23 
İyl
2022
12:07
28
298
5035
Virtual karabakh

Bakıda ağacların kökündən çıxarılması məsələsinə birlikdən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

23 İyl, 2022
12:07
5035

Bakıda ağacların kökündən çıxarılması məsələsinə birlikdən AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların kəsilməsi məsələsinə aydınlıq gətirilib.

Qurumdan Oxu.Az-a bildirildi ki, iki gün əvvəl güclü külək zamanı həmin iki ağac aşıb:

“Birlik əməkdaşları tərəfindən aşan ağac ərazidən götürülüb.Qeyd edək ki, ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb. Ağacların külək səbəbindən kökü ilə birgə aşdığı fotolardan da aydın görünür”.

11:07

Paytaxtın Səbail rayonu ərazisində yol kənarındakı ağacların kəsilməsi ilə bağlı fakt təsdiqini tapıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, qurumun əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda üç ağacın kökündən çıxarıldığı müəyyən edilib:

“Hazırda araşdırma davam etdirilir”.

10:00

Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir. 

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Belə ki, söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.

Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür.

Yayılan video ağaclara ziyan vurulduğu aydın görünür.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri