25 
İyl
2022
16:31
113
615
10120
Virtual karabakh

Neftçalada vəhşi heyvanı işgəncə ilə öldürənlər CƏZALANDIRILDILAR - YENİLƏNİB + VİDEO

25 İyl, 2022
16:31
10120

Neftçalada vəhşi heyvanı işgəncə ilə öldürənlər CƏZALANDIRILDILAR - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Neftçala rayonunda vəhşi heyvana işgəncə verən şəxslər barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb:

“Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar. Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin çaqqalın qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə protokol tərtib olunub və onlara bir daha belə hərəkətlərə yol verməmələri üçün ciddi xəbərdarlıq edilib”.

14:42

Neftçala rayonunda vəhşi heyvana işgəncə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, bir nəfər bel ilə çaqqalın başına vuraraq işgəncə verib və öldürüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a bildirib ki, görüntülərlə bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalar aparılır:

“Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri