26 
İyl
2022
12:14
25
280
4656
Virtual karabakh

Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi

26 İyl, 2022
12:14
4656

Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdi

Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:

“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri