27 
İyl
2022
11:35
38
86
1176
Virtual karabakh

Nazir: “Universitetlərə qəbul planının artırılması nəzərdə tutulur”

27 İyl, 2022
11:35
1176

Nazir: “Universitetlərə qəbul planının artırılması nəzərdə tutulur”

“Azərbaycanda universitetlərə qəbul planının artırılması nəzərdə tutulur”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əlavə olaraq 11 000 tələbənin ali təhsil müəssisələrinə qəbul olunması gözlənilir.

Nazir əlavə edib ki, bu il 10 min tələbənin təhsil kreditlərindən yararlanacağını gözləyirik:

“Növbəti illərdə bu sayın 25 minə qaldırılması hədəflənir. Keçən il tədris ilinin ortasından təhsil kreditləri verildiyi üçün 3 min tələbə ondan yararlandı. Lakin rəqəmlərin artmasını hədəfləyirik.

Bu kreditlər təhsil almaq istəyən hər bir tələbə üçün geniş imkanlar yaradır. Kredit faizləri də inflyasiyadan aşağıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri