27 
İyl
2022
12:34
388
32
5282
Virtual karabakh

Emin Əmrullayev: “Məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin”

27 İyl, 2022
12:34
5282

Emin Əmrullayev: “Məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məktəbli formasının mahiyyəti budur ki, hamı bərabər olsun. Hamı ev mühitini məktəbə daşımasın, kimsə varlı olmasına görə fərqlənməsin”.

Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, şagird bir məktəbdən digərinə köçürüləndə ona bir il güzəşt edilə bilər:

“Nazirlik yoxlamayacaq ki, niyə şagird forma geyinməyib. Nə də məktəb direktorunun haqqı yoxdur ki, forma tələb etsin. Məktəb qərar verdikdən sonra valideynlərin ona uyğun forma seçilməsi məqsədəuyğundur. Ancaq heç kimin səlahiyyəti yoxdur ki, məcbur etsin ki, bu forma olmalıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri