28 
İyl
2022
09:54
17
54
705
Virtual karabakh

“Beş rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsinin Hesabat Konfransı keçirilib - FOTO

28 İyl, 2022
09:54
705

“Beş rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsinin Hesabat Konfransı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Gənclərin İnkişaf və Karyera Mərkəzinin texniki dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib və Gəncə şəhərindəki bağlanış konfransı ilə işini yekunlaşdırıb.

NAYORA-nın Baş katibi Ramin Həbibzadənin açılış nitqi ilə işinə başlayan konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, UNICEF-in Azərbaycan Respublikasındakı ölkə nümayəndəsinin müavini Villiam Abi Abdallah və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru müdiri Nərmin Aslanbəyova çıxış ediblər.

Daha sonra Qazax, Tovuz, Şəmkir, Biləsuvar və Xəzər məşvərət şuralarının sədrləri indiyə qədərki fəaliyyətlərini əks etdirən təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra “Region gənclərinin ictimai iştirakçılığının artırılmasında dövlət müəssisələrinin rolu” mövzusunda Qazax rayon icra hakimiyyətinin nümayəndəsi Azad Hümbətov, deputat köməkçisi Akif Əmirov, Tovuz rayon icra hakimiyyətinin nümayəndəsi Svetlana Verdiyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin direktoru Miraqil Cavadov,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva və Xəzər rayon Gənclər və idman idarəsinin rəisi Vüqar Əliyevin iştirakı ilə panel müzakirəsi baş tutub. İkinci panel müzakirəsi isə “Azərbaycanda rast gəlinən cari ekoloji problemlər və beynəlxalq təcrübənin tətbiqi imkanları” mövzusunda keçirilib. Panel DANMA nümayəndəsi Ramin Əkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasının müdiri Musa Bayramov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Regional İdarəsinin Ətraf mühitin istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun məsləhətçisi Elbar İsmayılov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə Regional İdarəsinin nümayəndəsi Zinyət Qurbanovanın spikerliyi ilə baş tutub.

Sonda isə məşvərət şurasının üzvlərinin sertifikatları təqdim olunub və konfrans işini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri