28 
İyl
2022
10:44
143
52
3723
Virtual karabakh

“Ölüm sayı 8 milyona çata bilər” - Şöbə müdirindən siqaret çəkənlərlə bağlı HƏYƏCAN TƏBİLİ + FOTO

28 İyl, 2022
10:44
3723

“Ölüm sayı 8 milyona çata bilər” - Şöbə müdirindən siqaret çəkənlərlə bağlı HƏYƏCAN TƏBİLİ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“ÜST-ün məlumatına görə, orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkir. Onlardan 10 faizi qadınlar, 47 faizi isə kişilərdir. Bu tendensiya artır”.

Bu sözləri Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsinin müdiri Vasif Abdullayev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, ildə 3 milyondan çox insan tütün çəkdiyi üçün yaranan fəsadlardan vəfat edir:

“Bu tendensiya belə davam edərsə, 2030-cu ildə ölüm sayı 8 milyona çata bilər. Siqaret çəkmək bir vərdiş, asılılıq olsa da ondan qurtulmaq mümkündür. Xəstələrlə işləyirik. Görürük ki, 50-60 yaşında şəxslər cavanlıqda bunun zərərləri barədə məlumatsız olduqlarından bu pis vərdişə yiyələniblər. Müşahidələr göstərir ki, gənc yaşlarda maariflənmə olmalıdır. Ürək, qan-damar xəstəlikləri, onkoloji xəstəliklər və s. bundan yaranır. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Pulmonologiya şöbəsində yatan xəstələrin 70 faizi siqaret çəkdikləri üçün orqanizmdə yaşadığı fəsadlardan müalicə alanlardır. Xüsusilə də ağciyərlərin xroniki abstruktiv xəstəliyi üstünlük təşkil edir. Bu xəstəliyin ölümlə nəticələnmə riski həddən çoxdur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri