28 
İyl
2022
13:28
27
187
2699
Virtual karabakh

Gəncədə sakinlər acınacaqlı vəziyyətdə: Yayda toz, qışda palçıq əlindən hərəkət etmək olmur - VİDEO

28 İyl, 2022
13:28
2699

Gəncədə sakinlər acınacaqlı vəziyyətdə: Yayda toz, qışda palçıq əlindən hərəkət etmək olmur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə 3-cü mikrorayonda yaşayanlar binaların qarşısındakı yararsız vəziyyətdən narazıdırlar.

Sakinlər deyirlər ki, yay aylarında tozdan, qışda isə palçıqdan hərəkət etmək olmur. Üstəlik, sözügedən problem illərdir davam edir.

Təxminən 5 binada yaşayan 500-dən artıq sakin acınacaqlı vəziyyətlə üz-üzə qalıb. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, binaların qarşısını səliqəyə salan tapılmır. Rəsmilərin diqqətsizliyi səbəbindən ərazidə ağaclar da susuzluqdan quruyub.

Ötən il Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenilənməsi zamanı qeyd olunan yaşayış massivində qazıntılar aparılıb. Sakinlərə deyilib ki, qazıntılar yekunlaşandan sonra ərazi asfalt örtüyü ilə təmin olunacaq. Amma verilən vəd yerinə yetirilməyib. Əksinə, qazıntıdan sonra vəziyyət daha da pisləşib.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən sakinlərə səbirli olmaları tövsiyə edilib. Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, gələn il ərazidə abad məhəllə yaradılacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri