28 
İyl
2022
21:30
20
245
2207
Virtual karabakh

Neftçalada balıqçılıq təsərrüfatı məhv olma həddinə çatıb - VİDEO

28 İyl, 2022
21:30
2207

Neftçalada balıqçılıq təsərrüfatı məhv olma həddinə çatıb - VİDEO

Neftçalanın Bankə qəsəbəsi Balıq sənayesinin inkişafı ilə əlaqədar 1842-ci ildə salınıb və qara kürüsü ilə bütün dünyada məşhur olub.

Deyilənlərə görə, vaxtilə qəsəbədə xüsusi olaraq qablaşdırılan kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə göndərilib.

Xəzərə və Kürə çıxışı olan Neftçala XX əsrin 30-cu illərində “Kür Balıqçılıq rayonu” kimi dünya bazarında məşhurlaşıb. Statistik rəqəmlərə görə, təkcə 1930-cu ildə ölkədə 550 ton qara kürü istehsal olunub. Kürünün qarasının, eləcə də ağının bolluğunu görən neftçalalılar indi həmin günləri nostalji ilə, bir qədər də ürək ağrısı ilə  xatırlayırlar.

Mütəxəssislər bildirirlər ki, normal qidalanmaq üçün hər bir insanın qida rasionunda digər ət növləri ilə yanaşı, balıq və balıq məhsulları da olmalıdır. Hər bir insan ildə 18-20 kq balıq əti, o cümlədən 150-200 qram qara kürü yeməlidir. Xəzər dənizindən tutulan və dillər əzbəri olan nərə balığının kürüsü isə bütün dövrlərdə olduğu kimi kasıb yeməyi sayılmır.

İstər Xəzərin, istərsə də Kürün üzləşdiyi ekoloji problemlər, digər obyektiv və subyektiv səbəblər balıq və kürü istehsalına kifayət qədər mənfi təsir edib və demək olar ki, balıqçılıq təsərrüfatı məhv olma həddinə çatıb.

Qeyd edək ki, 1898-ci ildə Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi tarixi bina olan Bankə Balıq Kombinatı da uzun müddət baxımsız qaldığından indi uçmaq təhlükəsindədir.

O ki qaldı qiymətlərə, hazırda Xəzər dənizinin ən qiymətli balıq məhsulu sayılan nərə qara kürüsünün kiloqramı 3 500-4 000 manatadır. Amma mütəxəssislər ötən əsrdəki kürünün keyfiyyətcə daha üstün olduğu qənaətindədir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri