11 
Fev
2015
13:24
148
36
13961
Virtual karabakh

Azərbaycanda qar gözlənilir

11 Fev, 2015
13:24
13961

Azərbaycanda qar gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda arabir yağış yağacaq.

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri