Avq
2022
15:14
30
446
16009
Virtual karabakh

Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO

1 Avq, 2022
15:14
16009

Azərbaycanlı iş adamını qətlə yetirən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada gənc azərbaycanlı iş adamı Qəniyev Sənan Saday oğlunu qətlə yetirən şəxsin adı məlum olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad məlumat yayıb. 

Onun sözlərinə görə, hadisə məişət xarakterli münaqişə zəminində baş verib, yəni, öncədən planlaşdırılmış şəkildə olmayıb:

“Bu xəbər bizi çox sarsıltdı. Sənan Qəniyev Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov vilayəti üzrə aktiv nümayəndələrindən biri olub. Eyni zamanda, orada iş adamı kimi də fəaliyyət göstərib. Onunla bağlı cəmiyyətdə çox pozitiv mövqe var. Hadisə məişət xarakterli münaqişə zəminində baş verib. Yəni, öncədən planlı şəkildə olmayıb. Cinayət əməlini törətməkdə təqsirli bilinən şəxs kürd əsilli Türkiyə vətəndaşı  Barut Məsutdur. 

Hadisə təqsirləndirilən şəxsə aid olan iaşə obyektində baş verib. Həmin məkanda onunla mərhum arasında mübahisə yaranıb. Mübahisə zəminində təqsirləndirilən şəxs əlinə keçən şişlə Sənan Qəniyevə xəsarət yetirib. Şiş mərhumum ayağında şah damarına dəydiyi üçün o, qanaxmadan dünyasını dəyişib. Təqsirləndirilən şəxs barəsində cinayət işi açılıb və o, həbs olunaraq müvəqqəti təcridxanaya aparılıb. O, hazırda polis nəzarətindədir.

Mərhumun yaxınları ilə əlaqə saxlamışıq. Cənazənin Azərbaycana gətirilməsi üçün müvafiq işlər aparılır”.

10:36

Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri