Avq
2022
10:47
23
186
5001
Virtual karabakh

Binəqədidə yanğın başlayıb - YENİLƏNİB + FOTO/VİDEO

1 Avq, 2022
10:47
5001

Binəqədidə yanğın başlayıb - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Binəqədi rayonunda Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın başlayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, bataqlıq ərazidə təqribən 2 hektar qamışlıq sahə yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın nəticəsində paytaxtı qatı tüstü bürüyüb.

10:12

Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğının görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Həmin görüntüləri təqdim edirik:

“Global Photo Stock”un əməkdaşı ərazidən fotolar lentə alıb.

Həmin görüntüləri təqdim edirik: 

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri