Avq
2022
13:05
14
212
2223
Virtual karabakh

Xaçmazda iki ustanı elektrik cərəyanı vurub

3 Avq, 2022
13:05
2223

Xaçmazda iki ustanı elektrik cərəyanı vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

“Report”un Şimal bürosu xəbər verir ki, hadisə Yalama kəndində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakinləri - 1964-cü il təvəllüdlü Vəliağa Hacı oğlu Çobanovu və 1989-cu il təvəllüdlü Ramin Əziz oğlu Eyvazovu həmin ərazidə meyvə soyuducusunun dam örtüyünü tikən zaman elektrik cərəyanı vurub.

Hər iki şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin R.Eyvazovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri