Avq
2022
17:16
34
224
4724
Virtual karabakh

Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: “Geri qayıtmaq istəmir” - VİDEO

3 Avq, 2022
17:16
4724

Goranboyda iki dəfə qaçırılan 17 yaşlı qızın valideynləri danışdı: “Geri qayıtmaq istəmir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda Qarabağ qazisinin 17 yaşlı qızı qaçırılıb.

Hadisə rayonun Kələk kəndində baş verib. Qızın valideynlərinin müraciətindən sonra Baku TV-nin çəkiliş qrupu gecə saatlarında həmin kənddə olub.

Sadiq Məmmədov övladını həmkəndlisi olan 18 yaşlı oğlanın qaçırdığını bildirib. O, analoji hadisənin 20 gün öncə də qeydə alındığını açıqlayıb. Amma ilk hadisədən sonra ata qızı ilə görüşüb, onu evinə gətirib. İyulun 29-da isə həmin şəxs yenidən Sadiq Məmmədovun qızını qaçırıb. Valideynlər övladı ilə görüşmək üçün aidiyyəti qurumları da məlumatlandırıblar.

Goranboyun Kələk kəndində yaşayan Məmmədovların 3 övladı var. Qaçırılan 17 yaşlı qız onların ortancıl uşaqlarıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız ikinci dəfə qaçırılarkən ərizəsində geri qayıtmaq istəmədiyini, əks təqdirdə intihar edəcəyini bildirib. Bununla bağlı hətta görüntü çəkilərək valideynlərinə göstərilməsini xahiş edib.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri