Avq
2022
12:13
69
703
10564
Virtual karabakh

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

4 Avq, 2022
12:13
10564

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

Şəhid əsgər Anar Kazımov doğulduğu Qaracəmirli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

10:56

Avqustun 3-də şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.

Oxu.Az xəbər verir ki, şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndidə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, rayon icra başçısı və nümayəndəliyi, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Anar Kazımov 06.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. 

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. 

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri