Avq
2022
13:04
525
12
3392
Virtual karabakh

Azərbaycan şahinləri səmada: Çətin təlimlərdən GÖRÜNTÜLƏR

4 Avq, 2022
13:04
3392

Azərbaycan şahinləri səmada: Çətin təlimlərdən GÖRÜNTÜLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri