Avq
2022
18:08
511
38
2945
Virtual karabakh

101 yaşlı Əmrah baba: “Nə siqaret çəkmişəm, nə də içki içmişəm” - VİDEO

4 Avq, 2022
18:08
2945

101 yaşlı Əmrah baba: “Nə siqaret çəkmişəm, nə də içki içmişəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmrah Məmmədov Siyəzən rayonunun ən yaşlı sakinidir.

Rayonun Böyük Həmyə kəndində yaşayan Əmrah baba 1921-ci il yanvarın 20-də elə bu kənddə doğulub. 20 yaşı olanda hərbi xidmətə yollanıb. Əsgərlik illəri İkinci Dünya müharibəsinə təsadüf edib. Düz 6 ilə yaxın ölümlə üz-üzə qalıb.

O, müharibədən sonra Siyəzəndə neft quyularının qazılması işlərində çalışıb. Gəncədə kənd təsərrüfatı üzrə təhsil alıb, aqronom işləyib. Böyük Həmyə kəndində olduqca keyfiyyətli texniki üzüm sortları yetişdirib.

Maraqlı həyat hekayəsi olan Əmrah Babanın artıq bir neçə aydan sonra 102 yaşı tamam olacaq. Əmrah baba uzunömürlülüyün sirrini düzgün qidalanmaqda və zərərli vərdişlərdən uzaq olmaqda görür:

“Nə siqaret çəkmişəm, nə də içki içmişəm”.

Əmrah Məmmədov həm də sakit və təmkinli insandır. Onun doğmaları Əmrah babanın uzunömürlü olmasının digər səbəbini də elə əsəb və stresdən uzaq olması ilə əlaqələndirir.

Qeyd edək ki, Əmrah Məmmədovun 5 oğul və 3 qız övladı olub. İki oğlu və həyat yoldaşı dünyasını dəyişib. Hazırda Əmrah babanın 36 nəvəsi, 90 nəticəsi və 4 kötükcəsi var.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri