Avq
2022
13:48
93
58
1787
Virtual karabakh

Yeniyetmə məhkumlar arasında badminton yarışı keçirildi - FOTO

5 Avq, 2022
13:48
1787

Yeniyetmə məhkumlar arasında badminton yarışı keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəzaçəkmə müəssisəsində yeniyetmə məhkumlar arasında badminton yarışı keçirilib.

Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində keçirdiyi tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu gün məhkumların arasında idmançılar da var:

“Dünyada tanınmış idmançılar var ki, onlar da dustaq həyatı sürüblər. Məsələn, Mayk Tayson, İtaliya millisində oynayan futbolçular var ki, dustaq həyatı yaşayıblar. Buraya düşməyiniz sizi həvəsdən salmasın, həyatınız hələ qabaqdadır”.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən badminton turnirinin artıq üçüncü, yəni final mərhələsi keçirilir.

Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev bildirib ki, qalib gələn üç finalçıya federasiya tərəfindən hədiyyələr təqdim olunacaq.

Könül Cəfərli
Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri