Avq
2022
23:25
160
31
2934
Virtual karabakh

Balıq ovu müddətinə dair yeni tələblər müəyyənləşib

5 Avq, 2022
23:25
2934

Balıq ovu müddətinə dair yeni tələblər müəyyənləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişiklik edib.

Meliorativ kollektorlarda balıq və digər su bioresursları ovu qaydası dəyişib.
Əgər indiyə qədər meliorativ kollektorların mənsəbində və məcrasında istifadəsi mümkün olan bütün ov alətləri il boyu balıq və digər su bioresursları ovuna icazə verilirdisə, artıq meliorativ kollektorlarda ova icazə verilən müddətlər aşağıdakı kimi olacaq:

- axçalı balıqların ovu - dayanan nevodlar, karavalar, venterlər və axçalı balıq torları - yanvar ayının 1-dən may ayının 1-nə qədər və sentyabr ayının 1-dən dekabr ayının 31-nə qədər

- İlanbalığının ovu - venterlər - yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər

- Krevetlərin ovu - venterlər - iyul ayının 1-dən noyabr ayının 1-nə qədər.

Xəzərdə venterlərlə xərçəng və krevet ovunun müddəti isə azaldılıb. Əgər bu müddət indiyə qədər mayın 1-dən noyabrın 1-nə kimi olan dövrü əhatə edirdisə, artıq bu dövr iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.

Bundan əvvəl yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi Kür çayında atılan diktorbalı torlar və üzən çay torları ilə nərə cinsli və qızıl balıqların ovuna icazə verilirdisə, artıq belə icazə olmayacaq.

Digər yenilik Kür çayında venterlər yanvar ayının 1-dən mart ayının 1-nə qədər və oktyabr ayının 1-dən dekabr ayının 31-nə qədər ilanbalığının ovuna icazə verilməsidir.

Xəzərdə olduğu kimi Mingəçevir, Araz və Varvara su anbarlarında da ixtisaslaşdırılmış ov alətləri ilə xərçəng ovuna icazə müddəti mayın 1-dən noyabrın 1-nə kimi deyil, artıq iyul ayının 1-dən noyabr ayının 1-nə qədər olacaq.

Növbəti yenilik digər su obyektlərində Göl qurbağasının ovuna icazə ilə bağlıdır. Domaca ilə Göl qurbağasının ovu may ayının 15-dən iyul ayının 30-na qədər və sentyabr ayının 1-dən noyabr ayının 1-nə qədər mümkün olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri