Avq
2022
10:00
46
469
7228
Virtual karabakh

Şəhid qardaşı: “Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm”

6 Avq, 2022
10:00
7228

Şəhid qardaşı: “Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun “Qafqazinfo”ya danışan qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib:

“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi.

Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, “Instagram”da gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm ki, dərdimi kiminlə bölüşəcəm”.

Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri