Avq
2022
11:24
172
10
5662
Virtual karabakh

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

6 Avq, 2022
11:24
5662

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən, avqustun 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağışın miqdarı Gədəbəydə 23 mm, Göygöldə 18 mm, Daşkəsəndə 16 mm, Gəncədə 13 mm, Şahdağ, İsmayıllıda 9 mm, Altıağacda 8 mm, Qırızda 7 mm, Oğuzda 6 mm, Naftalan, Xaltan, Şamaxıda 5 mm, Göyçay, Qəbələ, Şəki, Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.

Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.

Havanın temperaturu avqustun 5-də Bakıda iqlim normasından 2,7 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34 dərəcə isti, Naxçıvan MR-da 38-40 dərəcə, Ordubadda 42 dərəcə isti, dağlıq rayonlarda 26-28 dərəcə isti, aran rayonlarında 35-40 dərəcə isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri