Avq
2022
13:02
15
208
3891
Virtual karabakh

Bakı-Sumqayıt yolunda baş verən qəzanın fəsadları aradan qaldırılıb - YENİLƏNİB + VİDEO

6 Avq, 2022
13:02
3891

Bakı-Sumqayıt yolunda baş verən qəzanın fəsadları aradan qaldırılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda baş verən qəzanın fəsadları aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, sözügedən yolda nəqliyyatın hərəkəti bərpa edilib.

12:22

Bakı Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən keçən hissəsində baş verib. 

İlkin məlumata görə, yük maşını beton maneəyə çırpılıb. Nəticədə işıq dirəklərinə və digər yol infrastrukturuna ciddi ziyan dəyib.

Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti çətinləşib, böyük tıxac yaranıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri