Avq
2022
14:27
774
19
2276
Virtual karabakh

Vətən müharibəsi qazisinə sinir nəqli edilib, barmaqlarının funksiyası bərpa olunub

6 Avq, 2022
14:27
2276

Vətən müharibəsi qazisinə sinir nəqli edilib, barmaqlarının funksiyası bərpa olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib.

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan Oxu.Az-a verilən məlumata görə, əməliyyat institutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

“Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyəsində sinir zədələnməsi baş vermişdir. ETTOİ-nin həkim müayinəsi nəticəsində sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulmuşdur. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdır. Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilmişdir. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunmuşdur. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək”, - institutundan bildirilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri