Avq
2022
17:19
71
521
11775
Virtual karabakh

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edildi - YENİLƏNİB + VİDEO

6 Avq, 2022
17:19
11775

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edildi - YENİLƏNİB + VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan DYP əməkdaşının kimliyi müəyyən edilib.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Qeyd olunan şəxsin kimliyi müəyyən edilib. Onun əməlinə həm etdiyi qayda pozuntusu üzrə, həm də əlavə olaraq polis əməkdaşı olduğu nəzərə alınaraq, “İntizam nizamnaməsi”nin və “Etik davranış kodeksi”nin tələblərinə uyğun olaraq hüquqi qiymət veriləcək”.

16:39

Bakıda YPX əməkdaşı avtomobil ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində qeydə alınıb. 

Qanun pozuntusu nəqliyyat vasitələrindən birinin videoqeydiyyatçısı tərəfindən lentə alınıb. 

Belə ki, yolun qarşı hərəkət zolağına çıxan 99-OM-800 dövlət nömrə nişanlı “Nissan Sunny” markalı avtomobil qaydaları kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. Videogörüntülərdə avtomobili idarə edən sürücünün yol polisi əməkdaşı olduğu görülür.

Qəza şəraiti yaratdığı nəqliyyat vasitəsinin sürücüsünün ona “niyə qayda pozursan?” deyərək irad tutmasına “Yaxşı edirəm” cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri