Avq
2022
20:32
41
293
3583
Virtual karabakh

Goranboyda piyadanı öldürüb qaçan sürücü “isti izlərlə” tapıldı - YENİLƏNİB

7 Avq, 2022
20:32
3583

Goranboyda piyadanı öldürüb qaçan sürücü “isti izlərlə” tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Goranboyda piydanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı-Qazax yolunun 330 km-də yolu keçmək istəyən piyadanı vuraraq öldürən və daha sonra hadisə yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsü Əmiraslanov Elsevər Vaqif oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində “isti izlər”lə tapılıb və istintaqa cəlb edilib.

Qeyd edəl ki, hadisə zamanı Gəncə şəhər sakini 1947-ci il təvəllüdlü Mirzə Kazımov hadisə yerində ölüb.

12:47

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə rayonun Borsunlu kənd yolunda qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Mirzə Kazımovu avtomobil vuraraq öldürüb.

Onu vuran sürücünün şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri