Avq
2022
10:51
278
26
2209
Virtual karabakh

Dövlət nömrə nişanı olmadan yük maşınları idarə edənlər saxlanıldılar - FOTO

8 Avq, 2022
10:51
2209

Dövlət nömrə nişanı olmadan yük maşınları idarə edənlər saxlanıldılar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət qeydiyyat nişanları və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yükdaşıma qaydalarını pozan yük avtomobili sürücüləri saxlanılıblar.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, “KamAZ” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919  dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu idarə etdikləri nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı, həmçinin sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı müəyyən edilib.

Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq tədbirlər görülüb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri