Avq
2022
10:40
19
214
2381
Virtual karabakh

FHN: “Babadağda həlak olduğu bildirilən şəxsin meyiti tapılmayıb”

8 Avq, 2022
10:40
2381

FHN: “Babadağda həlak olduğu bildirilən şəxsin meyiti tapılmayıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər tərəfindən baxış keçirilib və orada həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkar olunmayıb.

FHN-dən verilən məlumata görə, hazırda qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir.

Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri